“Azəriqaz”: “Bakı ətrafında 500 metrlik boru üzərində 20 kənar müdaxilə aşkar edilib”

“Azəriqaz”: “Bakı ətrafında 500 metrlik boru üzərində 20 kənar müdaxilə aşkar edilib”
19.01.2024 13:05
Aa
dəq

Bu yaxınlarda Bakıətrafı kəndlərinin birində 500metrlik qaz boru xəttinin üzərində 20 kənar müdaxilə aşkar edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.

“Həmin xəttin sonunda yaşayan sakinlər dayanmadan “Azəriqaz”a qazın təzyiqinin olmaması ilə bağlı müraciət edirdilər. Təsəvvür edin ki, həmin o 20 kənar müdaxilədən 50 % qaz qonşuların fərdi yaşayış evlərinə gedirsə, 50 %-də havaya gedir. Belə olan halda qazın təzyiqi təbii olaraq aşağı düşür, nəticədə isə qonşulara qazın təzyiqi gedib normal çatmır”,-deyə o qeyd edib.

“Azəriqaz”ın sözçüsü abonentlərə kənar müdaxiləyə getməməyi tövsiyə edərək, onsuzda gec-tez bu cür halın ortaya çıxacağını bildirib: “Abonent aylardı qazın istehlakına görə sabit ödəniş edir və birdən təzyiqin kəskin azalması baş verir. Hesablama yolu ilə kənar müdaxilənin edildiyi dövr müəyyən edilir və Birliyə dəyən ziyanın kənar müdaxiləni həyata keçirmiş abonentdən ziyanın ödənilməsi təmin edilir. Bu hallar təkrarlandığı təqdirdə artıq biz qanun çərçivəsində tədbirlərin görülməsi üçün həmin şəxslər haqqında hüquq-mühafizə orqanlarına müraciət etməyə məcburiyyətində qalırıq”.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu