"Şərqi Zəngəzur azərbaycanlılar üçün əsas hədəfdir" - Ekspert

"Şərqi Zəngəzur azərbaycanlılar üçün əsas hədəfdir" - Ekspert
04.04.2023 20:30
Aa
dəq

“Son dəfə iki yüz mindən çox, bəzi rəqəmlərə görə isə iki yüz əlli min azərbaycanlı öz torpaqlarından çıxarılıb, deportasiya ediliblər”.

Bunu "Operativ Məlumat Mərkəzi-OMM"-ə açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli bildirib.

O, Azərbaycan vətəndaşlarının tarixi dədə-baba torpaqlarına qayıdışının vacibliyi vurğulayıb və bildirib ki, onların təhlükəsizliyinə Ermənistan tərəfindən təminat verilməlidir:

“Şərqi Zəngəzur azərbaycanlılar üçün əsas hədəfdir və burada söhbət ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinin xüsusilə, vətəndaşların öz torpaqlarında, öz evlərində azad yaşamaq hüququnun gerçəkləşməsi baxımından vacib əhəmiyyət kəsb edir. Bəlli olduğu kimi son dəfə iki yüz mindən artıq, bəzi rəqəmlərə görə isə iki yüz əlli min azərbaycanlı öz torpaqlarından çıxarılıb, deportasiya ediliblər. Bütün bunlar indiki Ermənistanın ərazisində baş verib. Təbii ki, bu proses beynəlxalq hüququn norma və prinsiplərinə kobud şəkildə zidd olan cinayət xarakterli bir addımdır. Bu baxımdan necə ki, erməni sakinlər Azərbaycan ərazilərində mövcuddur, onların təhlükəsizliyinə Azərbaycan Konstitusiyasında təminat verilir, eləcə də indiki Ermənistan ərazisində tarixi Azərbaycan torpaqlarında öz dədə-baba yurdlarına azərbaycanlıların qayıdışı təmin edilməli və Ermənistan tərəfindən də onların təhlükəsizliyinə təminat verilməlidir. Söhbət əgər hansısa bir formada beynəlxalq təminatdan gedirsə, Ermənistan iddiaları ilə bu proses ya qarşılıqlı şəkildə həyata keçirilməlidir, ya da ki prosesə üçüncü qüvvələrin cəlb edilməsi nəticə etibarı ilə həm də Azərbaycanın adekvat olaraq müvafiq addımlarına gətirib çıxara bilər". 

Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdış məsələsinə toxunan ekspert bunun Azərbaycan dövlətinin əsas hədəflərindən biri olduğunu vurğulayıb. Bu məsələnin həm də insan hüquq və azadlıqları ilə bağlı olduğunu qeyd edən Mirzəbəyli bunun heç bir halda Ermənistanın daxili işi olmadığını deyib. 

“Bu kontekstdən Ermənistana məhz öz torpaqlarından zorla qovulmuş azərbaycanlıların hüquqlarının təmin edilməsi üçün beynəlxalq təzyiqlər həyata keçirməlidir”, - deyə politoloq bildirib. 

Elçin Mirzəbəyli Şuşanın iki kəndi üzərində Azərbaycanın suveren hüquqlarının bərpa olunması davamlı bir proses adlandırıb:

“Azərbaycan iki yol açıq qoyub. Yəni Azərbaycan ərazilərində yaşayan ermənilər üçün bunlarda biri şübhəsiz ki, Azərbaycan cəmiyyətinə reinteqrasiya olunması prosesinin daxili hissəsi olaraq hazırda Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərinə azərbaycanlı məcburi köçkünlərin qayıdışının təmin edilməsi və orada yaşayan ermənilərin bütövlükdə Azərbaycanın yuridiksiyasına tabe olması ilə bağlı olan bir yoldur. Bu şübhəsiz ki, həm də ermənilərin özü üçün faydalı olan, onların sivil həyata qayıtmasına, daha təhlükəsiz yaşamasına təminat verən bir yoldur. Digər istiqamət isə şübhəsiz ki, Azərbaycan ərazilərində mövcud olan qeyri-qanuni hərbi birləşmələrin fəaliyyətinə müvafiq formada daxili ərazilərdə həyata keçirilən əməliyyatların xarakterinə uyğun olaraq müvafiq addımlar atılmalı və bütün ərazilər üzərində Azərbaycanın suveren hüquqları və yuridiksiysı bərpa olunmalıdır. Şübhəsiz ki, bu proses davamlı olacaq və ya reinteqrasiya yolunu seçəcəklərsə, öncə də qeyd etdiyim kimi daha tez sürətli prosesin şahidi olacayıq. Əks təqdirdə müvafiq addımlar atmaq zərurəti yaranacaq".

Fidan Kazımova, Aliyə Yəhyayeva 

Həftənin ən çox oxunanları

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH

“Azərbaycanı parlaq gələcəyə aparan tarixi seçkilər”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH

“Prezident seçkiləri suverenliyimizin təsbitidir” - ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH

“Zəngəzur dəhlizinin açılmasının faydaları”- ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Avrasiya məkanında yeni imza”-ŞƏRH

“Avrasiya məkanında yeni imza”-ŞƏRH
DAVAMIN OXU davamın oxu

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH

“Bu dövlətimizin hər bir vətəndaşına qarşı atdığı humanist addımdır”-ŞƏRH
DAVAMIN OXU davamın oxu