Əsas məzmuna keç

Azərbaycanlı diplomat 70 kq qızılla tutuldu - Bakıya GƏTİRİLDİ

Azərbaycanlı diplomat 70 kq qızılla tutuldu - Bakıya GƏTİRİLDİ

tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanıda hərbi...

Türkiyənin İstanbul şəhərində “Vadi İstanbul” mərkəzinin yaxınlığında polisin qaçaqmalçılıqla mübarizə məqsədilə həyata keçirdiyi yoxlama zamanı taksilərin birində azərbaycanlının üzərində 70 kiloqram qızıl aşkarlanıb.

Özünü azərbaycanlı kimi təqdim edən şəxs qızılların ona aid olduğunu etiraf edib.

"Operativ Məlumat Mərkəzi-OMM" "Qafqazinfo"-ya istinadən xəbər verir ki, tutulan şəxs həqiqətən də Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi işləyib. Son aylarda isə ölkəmizin Səudiyyə Ərəbistanıda hərbi attaşesi təyin olunub.

Onun hazırda Bakıya gətirildiyi və məsələ ilə əlaqədar istintaqa cəlb olunacağı bildirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…