Əsas məzmuna keç

Azərbaycanla Bosniya və Herseqovina arasında "1-ci Qərargah danışıqları” keçirilib

Azərbaycanla Bosniya və Herseqovina arasında "1-ci Qərargah danışıqları” keçirilib

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Respublikası ilə Bosniya və Herseqovina Müdafiə nazirlikləri arasında "1-ci danışıqları" keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, müxtəlif idarələrin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlığın istiqamətləri müəyyən olunub. Tərəflər arasında 2026-cı il üçün ikitərəfli əməkdaşlıq planının layihəsi hazırlanıb.

Eyni zamanda, hər iki tərəfin təqdimatları əsasında ölkələrin Müdafiə nazirliklərinin strukturu və həyata keçirilən islahatlar haqqında ətraflı məlumatlar verilib.

Görüşdə birgə hərbi əməkdaşlığın bundan sonra da hər iki tərəf üçün faydalı olacağına ifadə edilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…