Əsas məzmuna keç

Azərbaycanın xarici borcu açıqlandı

Azərbaycanın xarici borcu açıqlandı

Maliyyə Nazirliyi ölkənin beynəlxalq öhdəlikləri üzrə son rəsmi rəqəmləri yaydı. Kreditlərin valyuta bölgüsü və əsas kreditorlar kimlərdir? Siyahı ilə tanış olun.

ru en

Azərbaycanın bu il aprelin 1-nə 4 milyard 689,3 milyon dolları etmiş xarici dövlət borcunun 86,1 %-i elə dollarda olub.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, borcun tərkibində avro 6,1 %, XBH ( Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) 3,1 %, yapon yeni 3,1 %, digər valyutalar isə 1,6 % paya malik olub.

Dəyişkən faiz dərəcəsi ilə olan xarici borc məbləğinin 49,1 %-ni, sabit dərəcə ilə olanlar isə 50,9 %-ni təşkil edib.

Xarici dövlət borcunun 59,2 %-i 5 ilə qədər olan müddətdə, 35,4 %-i 5 ildən 10 ilə qədər olan müddətdə, 5,4 %-i isə 10 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…