Azərbaycanın Türkmənistandakı səfirliyində seçici fəallığı qeydə alınıb - YENİLƏNİB

Azərbaycanın Türkmənistandakı səfirliyində seçici fəallığı qeydə alınıb - YENİLƏNİB
07.02.2024 18:10
Aa
dəq

Növbədənkənar prezident seçkiləri üzrə Azərbaycanın Türkmənistandakı səfirliyində yaradılmış 48 nömrəli seçki məntəqəsində gün ərzində seçicilərin fəal iştirakı ilə nəzərə çarpan səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatıb.

Səfirlikdən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, seçicilərin 90 faizindən çoxunun məntəqəyə gələrək səsvermədə iştirak etdiyi məlum olub.

Seçicilər Azərbaycanın Türkmənistandakı səfirliyində ilk dəfə səsvermə üçün yaradılan şəraitə görə məmnun qaldıqlarını bildirib və məntəqə seçki komissiyasının işindən razılıqlarını diqqətə çatdırıblar.

Hazırda məntəqə seçki komissiyasında səslərin hesablanması prosesi həyata keçirilir.

***

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar Türkmənistan ərazisində daimi yaşayan, müvəqqəti olan, uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları ölkəmizin bu ölkədəki səfirliyində yaradılan 48 nömrəli seçki məntəqəsində səsvermə hüquqlarını həyata keçirirlər.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə diplomatik nümayəndəlikdən məlumat verilib.

Bildirilib ki, yerli vaxtla saat 08:00-dan aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları seçki məntəqəsində səs verərək seçki hüququndan istifadə edirlər.

Azərbaycanın Türkmənistandakı səfirliyində yaradılan seçki məntəqəsində seçici fəallığı müşahidə olunur.

Həftənin ən çox oxunanları

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi gələn həftə başa çatır

Deputatlığa namizədliyin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-lara təqdim edilməsi gələn həftə başa çatır
DAVAMIN OXU davamın oxu

COP20-nin prezidenti: Yeni iqlim maliyyə hədəfinin uğursuz olmasına yol verilməməlidir

COP20-nin prezidenti: Yeni iqlim maliyyə hədəfinin uğursuz olmasına yol verilməməlidir
DAVAMIN OXU davamın oxu

Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlanıb

Bu il Azərbaycanın gömrük orqanlarının tətbiq etdiyi cərimələrin məbləği açıqlanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib

Azərbaycanda ekologiya sahəsi üzrə yeni dövlət standartları qəbul edilib
DAVAMIN OXU davamın oxu

Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Əli Əsədov Türkiyə Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb
DAVAMIN OXU davamın oxu