Operativ Məlumat Mərkəzi

"Azərbaycanın müasir iqtisadi siyasətinin mərkəzində şaxələndirmə dayanır"

2 dəq
Paylaş:
"Azərbaycanın müasir iqtisadi siyasətinin mərkəzində şaxələndirmə dayanır"
{"az":"bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev \"PAŞA Holdinq\" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən \"INMerge\" İnnovasiya Sammitində...","en":"","ru":""}

"Azərbaycanın müasir iqtisadi siyasətinin mərkəzində şaxələndirmə, yəni neft və qazdan asılılığın azaldılması və qeyri-neft sektorunun dinamik və dayanıqlı inkişafının təşviq edilməsi dayanır".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" İnnovasiya Sammitində bildirib.

O bildirib ki, son iyirmi il ərzində bu strategiya nəticəsində 344 milyard ABŞ dollarından çox investisiya cəlb olunub. Bunun 210 milyard dollardan çoxu isə məhz qeyri-neft sahələrinə yönəldilib:

"Bu rəqəmlər təkcə miqyas baxımından təsirli deyil, həm də beynəlxalq investorların Azərbaycanın təklif etdiyi sabitlik, təhlükəsizlik və imkanlara olan inamını əks etdirir. Son illərdə Azərbaycan iqtisadiyyatı sabit və dayanıqlı inkişaf mərhələsinə qədəm qoyub. 2021–2024-cü illər arasında qeyri-neft sektoru ildə orta hesabla 6,7% artıb və onun milli iqtisadiyyatda çəkisi daha da yüksəlib. Son altı il ərzində qeyri-neft ixracı təxminən iki dəfə artıb. Bu da Azərbaycanın qlobal rəqabət qabiliyyətinin və beynəlxalq dəyər zəncirlərinə inteqrasiyasının bariz göstəricisidir. Azərbaycanın suveren kredit reytinqləri güclü olaraq qalır və bu, ölkənin möhkəm fiskal və xarici ehtiyatları ilə dəstəklənir. Sosial-iqtisadi inkişaf strategiyasının uğuru beynəlxalq səviyyədə də tanınıb - Moody’s və Fitch Ratings agentlikləri Azərbaycanın reytinq proqnozunu yüksəldiblər".

Nərgiz Qurbanlı

Bu xəbəri paylaş

Oxşar xəbərlər