Əsas məzmuna keç

Azərbaycanda bu rayonların İCRA BAŞÇILARI YOXDUR - Siyahı

Azərbaycanda bu rayonların İCRA BAŞÇILARI YOXDUR - Siyahı

yeni təyinatlardan sonra Azərbaycanda icra başçısı olmayan rayonların sayı 4-ə düşüb. Onlardan ikisi Naxçıvan Muxtar Respublikasında yerləşir.Babək və...

en ru

Xəbər verdiyimiz kimi, ötən gün İlham Əliyev iki rayon və bir şəhərə yeni icra başçısı təyin edib.

Dövlət başçısının imzaladığı sərəncamlara əsasən, Natiq Oruc oğlu Əliyev şəhərinin Qaradağ Rayon İcra Hakimiyyətinin, Məmmədiyə Süleyman oğlu Məmmədov Naftalan Şəhər İcra Hakimiyyətinin, Hacıbaba Adil oğlu Babayev isə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yeni təyinatlardan sonra Azərbaycanda icra başçısı olmayan rayonların sayı 4-ə düşüb. Onlardan ikisi Naxçıvan Muxtar Respublikasında yerləşir.

e7c856451c0e6b4f.webp

Babək və Sədərəkdə vəzifələr vakantdır

Hazırda Naxçıvan Muxtar Respublikasının və Sədərək rayonlarının icra hakimiyyətlərində başçı vəzifəsi vakantdır.

Babək Rayon İcra Hakimiyyətinin sonuncu başçısı Ovni Mehbalı oğlu Muradov olub. O, sentyabrın 24-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib. Digər sərəncamla Ovni Muradov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin olunub.

Sədərək Rayon İcra Hakimiyyətinin sonuncu başçısı isə Naim Etibar oğlu Cahidzadə olub. O, 2024-cü ildən bu vəzifədə çalışıb.

Naim Cahidzadə 2026-cı il avqustun 4-də Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib və həmin tarixdə digər sərəncamla Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Yardımlı | Yardımlı

Yardımlı da icra başçısız qalıb

İcra başçısı olmayan rayonlardan biri də Yardımlıdır.

Rayona 2016-cı ildən rəhbərlik edən Ayaz Əsgərov sentyabrın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilib.

Bundan əvvəl Yardımlı Rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib. Əməliyyat nəticəsində İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Elçin Adil oğlu Mirzəyev və baş məsləhətçi Yaşar Həsənağa oğlu Eyvazov saxlanılıb.

Hazırda Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə yeni təyinat yoxdur.

Ağdərə — Vikipediya

Ağdərənin də icra başçısı yoxdur

İcra başçısı olmayan rayonlar sırasında Ağdərə də yer alır.

Prezident İlham Əliyev 2023-cü il dekabrın 27-də Ağdərə rayonunun yaradılması haqqında sərəncam imzalayıb. Rayon inzibati ərazi vahidi kimi yaradıldıqdan sonra indiyədək onun icra hakimiyyətinə başçı təyin edilməyib.

Beləliklə, hazırda Azərbaycanda Babək, Sədərək, Yardımlı və Ağdərə rayonlarının icra hakimiyyəti başçısı vəzifələri vakantdır. (Qaynarinfo)

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…