Azərbaycanın dünyaya bəxş etdiyi ilklər

Azərbaycanın dünyaya bəxş etdiyi ilklər
14.03.2023 15:00
Aa
dəq

Dünyanın ən qədim insan məskənlərindən biri vətənimiz Azərbaycandır. Təsadüfi deyil ki, qədimliyi ilə seçilən Azərbaycanın dünyaya bəxş etdiyi ilklər az deyil.

"Operativ Məlumat Mərkəzi-OMM" Azərbaycanın dünyaya bəxş etdiyi ilklərin bir neçəsini təqdim edir.

1. Şərqdə ilk Demokratik Respublika.

1918-ci ilin mayında istiqlaliyyət əldə edən Azərbaycan Xalq Cümhuriyyəti 23 ay ömür sürməsinə baxmayaraq, Şərqdə ilk demokratik respublika olmağı bacarıb. 

2. Şərqdə qadınlara seçki hüququnun verilməsi.

O dövr üçün bu hadisə müsəlman aləmində qadınların söz demək azadlığının olduğunu bildirən əsas sübutdur. Hansı ki, həmin vaxt hələ Avropa ölkələrinin bir çoxunda qadınların seçki hüququ tam yox idi. 

3. Dünya neft tarixində ilk dəfə buruq üsulu 1884-cü ildə istifadə olunub. Bu hadisə sonralar dünya neft elmində Bakı üsulu adı ilə məşhurlaşıb.

4. Dünyada ilk dəfə açıq dənizdə neft platforması Xəzər dənizinin Azərbaycan sektorunda salınan neft daşları platformasıdır.

Neft Daşları dünyanın ilk neft platformasıdır. Neft Daşları şəhər tipli qəsəbədir və Bakının Pirallahı rayonunun ərazisinə daxildir. Xəzər dənizi səthindən azca görünən "Qara qayaların" ətrafında tikilmişdir. Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilib.

5.Azərbaycanın dünyaya bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biri isə qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfizadədir.

1921-ci ildə Bakının Novxanı kəndində anadan olan Lütfizadə daha sonra İrana, ordan isə Amerikaya köçüb və Kaliforniya Berkley Universitetinin ömürlük professoru adını alıb. Lütfizadə  rəqəmsəl texnologiyaların istehsalı və tətbiqində işlədilən qeyri-səlis məntiq nəzəriyyəsinin banisi kimi tarixə düşüb. Ölümünə qədər bir çox elmi təşkilatlar, rəqəmsal texnologiya şirkətləri Lütfizadənin onlarla əməkdaşlıq etməsini özləri üçün fəxr hesab ediblər.

6. Müsəlman dünyasında ilk dünyəvi qızlar məktəbi Azərbaycanda açılıb.

III Aleksandr bu məktəbin açılmasına icazə vermədikdə Hacı Zeynalabdin Tağıyev II Nokalay taxtda olduqda yenidən icazə almağa cəhd edir. Nikolayın həyat yoldaşı Aleksandra tacqoyma mərasimində ərizə verir. Bütün xərcləri ödəyəcəyini bildirmək şərtilə Banka yüksək vəsait qoymaqla 1896-cı ildə Bakının mərkəzi küçələrindən birində, 1896-1901-ci illərdə inşaatı başa çatmaqla Şərqdə və Cənubda ilk dünyəvi qızlar məktəbinin açılmasına icazə alır.

7. Şərqdə ilk opera sənəti 

Müsəlman Şərqində opera sənətinin əsası 1908-ci il yanvarın 12-də Bakıda Hacı Zeynalabdin Tağıyevin teatrında göstərilən “Leyli və Məcnun” operası ilə qoyulub. Operanın müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyov idi. O, operanın liberottosunu Füzulinin eyni adlı poeması əsasında yazıb.

8. Şərqdə ilk opera yazan qadın bəstəkar

Şərqdə ilk opera yazan qadın bəstəkar, mərhum xalq artisti, dünya şöhrətli musiqiçi, bəstəkar Şəfiqə Axundovadır. O, 1971-ci ildə “Gəlin qayası” operasını yazmaqla ümumşərq tarixində uğura imza atıb.

9. Dünyada ilk Miniatür Kitab Muzeyi də Azərbaycanda fəaliyyətə başlayıb.

Muzeyin açılışı 2002-ci il 23 aprel də olub. Muzey Zərifə Salahova tərəfindən 20 ildən artıq müddətində toplanmış nadir kolleksiyası əsasında yaradılıb. 3500-dən çox eksponatın yer aldığı bu muzey Bakı şəhərində yerləşir.

10. İlk və yeganə Beynəlxalq Muğam Mərkəzi Bakı şəhərində yerləşir.

Bu mərkəz 2009-cu ildə fəaliyyətə başlayıb. Bu layihənin memarları Vahid Tansu, Xauiddin Yayk və Etime Ahmeddir.

Həftənin ən çox oxunanları

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!

Sentyabrın 21-i saat 21:00-dan… – Əhaliyə XƏBƏRDARLIQ!
DAVAMIN OXU davamın oxu

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə növbəti ağacəkmə aksiyası keçirilib
DAVAMIN OXU davamın oxu

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib

Sahil Babayev Göygöldə vətəndaşları qəbul edib
DAVAMIN OXU davamın oxu

Sabah iş günü olacaq? - RƏSMİ

Sabah iş günü olacaq? - RƏSMİ
DAVAMIN OXU davamın oxu

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ

Sabah bu ərazilərdə QAZ OLMAYACAQ
DAVAMIN OXU davamın oxu