Azərbaycanda informasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramı hazırlanıb

Azərbaycanda informasiya təhlükəsizliyi ixtisası üzrə yeni təhsil proqramı hazırlanıb
24.10.2023 13:15
Aa
dəq

Azərbaycanda bakalavriat səviyyəsində - informasiya təhlükəsizliyi ixtisası üzrə müasir tələblərə uyğun yeni təhsil proqramı hazırlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyev Bakıda keçiriləcək “Critical Infrastructure Defence Challenge 2023” tədbirinin iştirakçılarına müraciətində bildirib.

Onun sözlərinə görə, yeni proqram rəhbərlik etdiyi qurumla Elm və Təhsil Nazirliyinin birgə təşəbbüsü ilə, ölkənin aparici ali təhsil müəssisələrinin və müxtəlif dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə, dünyanın nüfuzlu universitet və şirkətlərində çalışan azərbaycanlı mütəxəssisləri cəlb etməklə, Türkiyə, Almaniya, İsveçrə və ABŞ kimi inkişaf etmiş ölkələrin təcrübəsinə əsasən hazırlanıb.

"Azərbaycanda ilk dəfə kritik informasiya sistemlərində kiberhücumlardan müdafiə qabiliyyətinin və böhran vəziyyətində informasiya sistemlərinin idarə edilməsinin inkişaf etdirilməsi üçün keçirilən “Critical Infrastructure Defence Challenge 2023” tədbiri xüsusi əhəmiyyətə malikdir. Kibertəhlükəsizlik üzrə yerli mütəxəssislərin bir araya gəlib fikir mübadiləsi aparması, özəl və dövlət sektor arasında əlaqələrin qurulması və bu tip tədbirlərin mütəmadi olaraq keçirilməsi milli kibertəhlükəsizlik ekosis teminin formalaşdırılmasında xüsusi rol oynayır. Kiberhücumların simulyasiyası ilə keçiriləcək kibermüharibə yarışının iştirakçılarına uğurlar və gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıram!”, - deyə Ə.Nağıyev qeyd edib.

Həftənin ən çox oxunanları

“Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb

“Google” “Chrome” brauzerində kritik boşluq aşkarlayıb
DAVAMIN OXU davamın oxu

XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edib

XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edib
DAVAMIN OXU davamın oxu

“Google”dan rəsmi proqramlarla bağlı yenilik

“Google”dan rəsmi proqramlarla bağlı yenilik
DAVAMIN OXU davamın oxu

Natəvan Həsənova: Lider qadınlara sərmayə qoymaq və gender bərabərliyini dəstəkləmək vacibdir

Natəvan Həsənova: Lider qadınlara sərmayə qoymaq və gender bərabərliyini dəstəkləmək vacibdir
DAVAMIN OXU davamın oxu

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib
DAVAMIN OXU davamın oxu