Əsas məzmuna keç

Azərbaycanda güzəştli ipoteka kreditləri üçün müraciətlərin qəbulu başlayır

Azərbaycanda güzəştli ipoteka kreditləri üçün müraciətlərin qəbulu başlayır

İpoteka və Zəmanət Fondu 2024-cü il üzrə güzəştli ipoteka kreditlərinin verilməsi üçün müraciətlərin qəbuluna başlayır.

"Operativ Məlumat Mərkəzi-OMM" istinadən xəbər verir ki, müraciətlər fevralın 23-də, saat 11:00-dan etibarən Portalına (www.e-gov.az) inteqrasiya edilmiş “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə real vaxt rejimində qəbul ediləcək.

İpoteka kreditləşməsinin şərtləri və elektron sistemdən istifadə ilə bağlı məlumatları Fondun internet səhifəsindən (://mcgf.gov.az/menu/205) və rəsmi kanalından (https://www.youtube.com/@ipotekavekreditzemanetfondu) əldə etmək olar.

Xatırladaq ki, adi ipoteka kreditləri üzrə müraciətlərin qəbuluna fevralın 2-dən başlanılıb və hazırda proses davam etdirilir.

Kalkulyator

Güzəştli, adi və ya bank ipotekası: aylıq ödənişi, ilkin ödənişi və lazım olan gəliri hesablayın.

Kalkulyatoru açın

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…