Əsas məzmuna keç

Azərbaycanda geoloji kəşfiyyat əraziləri 15 min km²-ə çatdırılır

Azərbaycanda geoloji kəşfiyyat əraziləri 15 min km²-ə çatdırılır

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faydalı qazıntı yataqlarının aşkarlanması üçün işləri genişləndirir. Regionlarda hansı yeniliklər gözlənilir?

en ru

Azərbaycanda "Yerin təkinin öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020–2024-cü illər üçün Dövlət Proqramı"nın və "İşğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın nəticələri nəzərə alınmaqla, geoloji işlərinin aparıldığı ərazilərin ümumi əhatə dairəsinin 15 000 km²-ə çatdırılması nəzərdə tutulur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, İlham Əliyevin təsdiqlədiyi "Dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, yeni faydalı yataqlarının aşkar edilməsi, mövcud yataqların ehtiyatlarının dəqiqləşdirilməsi və sənaye üçün etibarlı xammal bazasının formalaşdırılması, geoloji kəşfiyyat və mineral resursların qiymətləndirilməsi üzrə

hesabatlılıq standartlarının tətbiqi, Filizçay polimetal yatağı və Söyüdlü (Zod) qızıl yatağı daxil olmaqla, Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında, habelə ölkənin digər regionlarında yerləşən perspektivli yataqların istismara hazırlanması və filiz emalı

imkanlarının genişləndirilməsi, metal filizlərinin hasilatı və emalı üzrə layihələrə yerli və xarici investisiyaların cəlb edilməsi planlaşdırılır.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…