Operativ Məlumat Mərkəzi

Azərbaycanda bu qədər insanın səsvermə hüququ var

1 dəq
Paylaş:
Azərbaycanda bu qədər insanın səsvermə hüququ var
bunu fevralın 6-da jurnalistlər üçün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib. MSK sədri qeyd edib ki,...

“Hazırda seçki siyahımızda 6 milyon 478 min 623 nəfər var”.

"Operativ Məlumat Mərkəzi-OMM" AZƏRTAC-a istinadən xəbər verir ki, bunu fevralın 6-da jurnalistlər üçün keçirilən mətbuat konfransında Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov söyləyib.

MSK sədri qeyd edib ki, seçicilər 6537 məntəqədə səs verəcəklər:

“Bütün məntəqələr səsvermə üçün tam hazırdır. Onların hazırlığı beynəlxalq tələblərə cavab verir”.

“Seçkilərin keçirilməsində əsas tələblərdən biri şəffaflığın təmin edilməsi məsələsidir. Azərbaycanda bu baxımdan həmişə olduğu kimi, indi də heç bir problem yoxdur. Seçkiləri izləmək üçün ümumilikdə 90 mindən artıq müşahidəçi qeydə alınıb”, - MSK sədri əlavə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər