Əsas məzmuna keç

Azərbaycana yarım milyon manatdan artıq qaçaqmal dərman gətirildi

Azərbaycana yarım milyon manatdan artıq qaçaqmal dərman gətirildi

Azərbaycana qaçaqmal yolu ilə yarım milyon manatdan artıq dərman və siqaret keçirən dəstə ifşa olunub. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə,...

Azərbaycana yolu ilə yarım milyon manatdan artıq dərman və siqaret keçirən dəstə ifşa olunub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə Dövlət Komitəsinin Tovuz Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən "Qırmızı körpü" gömrük postunda baş verib.

vətəndaşı olan Sakit Hassan (adı və soyadı şərtidir) vətəndaşı olan TIR sürücüsü Azad Əhmədovla (adı və soyadı şərtidir) ilə əlbir olaraq Türkiyədən əldə etdikləri, ümumi dəyəri 558 min 923 manat 49 qəpiklik dərman preparatları və siqareti Türkiyə sərhədindən Gürcüstana keçirərək oradan Azərbaycana gətirmək istəyiblər. Dəstə üzvləri həmin dərman və siqaretləri Türkiyədən Gürcüstana keçirərək oradan Azərbaycana gətirərkən "Qırmızı Körpü"də sərhədçilər tərəfindən yaxalanıblar. Müəyyən edilib ki, dəstə üzvləri bu dərman və siqaretləri Azərbaycanda satmaq üçün beh də alıblar.

Təqsirləndirilən şəxslər saxlanılıblar və faktla bağlı başlanaraq Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmənin hökmü ilə Türkiyə vətəndaşı Sakit Hassan 7 il, Azərbaycan vətəndaşı Azad Əhmədov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…