Azərbaycan xüsusi təyinatlıları Türkiyədə keçirilən EFES-2024 beynəlxalq hərbi təlimlərində atəş fəaliyyətləri icra ediblər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, ordunun rəhbər heyəti və qonaq şəxsi heyətlərin iştirakı ilə atəş fəaliyyətləri icra olunub.
Xatırladaq ki, təlimlərdə 9 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyət iştirak edir. Təlimlər mayın 30-dək davam edəcək.