Əsas məzmuna keç

Azərbaycan hərbçiləri EFES-2026 təlimində

Azərbaycan hərbçiləri EFES-2026 təlimində

İzmirdə keçirilən irimiqyaslı manevrlərdə Silahlı Qüvvələrimizin desant qrupları xüsusi peşəkarlıq nümayiş etdirib. Türkiyədəki hərbi təlimin mühüm detalları burada.

en ru

Türkiyədə keçirilən "EFES-2026" çoxmillətli birgə müştərək təlimi çərçivəsində növbəti tapşırıqlar tamamlanıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlim planına uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları dənizdən sahilə hücum tapşırığını icra ediblər.

Yüksəksürətli katerlərlə sahildə şərti düşmən mövqelərinə yaxınlaşan qruplar, intensiv atəş dəstəyi altında quruya çıxıb, istehkamları dəf edərək müdafiə mövqelərini qısa müddətdə zərərsizləşdiriblər.

Aparılan effektiv əməliyyat nəticəsində sahil xətti tam təmizlənib və qüvvələrinin quruya çıxması üçün təhlükəsiz şərait yaradılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…