Əsas məzmuna keç

Azərbaycan XİN Yaponiyaya başsağlığı verdi

Azərbaycan XİN Yaponiyaya başsağlığı verdi

Kumamoto prefekturasında baş verən dağıdıcı zəlzələ ilə bağlı rəsmi Bakıdan dəstək mesajı gəldi. Xarici İşlər Nazirliyi faciə qurbanları üçün nə bildirib?

en ru

Xarici İşlər Nazirliyi (XİN) Yaponiyanın Kumamoto prefekturasında baş vermiş dağıdıcı zəlzələ ilə bağlı bu ölkəyə başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Yaponiya hökumətinə və xalqına, xüsusən də yaxınlarını itirmiş ailələrə səmimi başsağlığımızı çatdırırıq. Bütün yaralananların tezliklə sağalmasını arzulayır və zərər çəkmiş icmaların bu faciənin nəticələrini mümkün qədər tez dəf edəcəyinə ümid edirik", - paylaşımda bildirilib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…