Əsas məzmuna keç

Azərbaycan və Türkmənistan prezidentləri Füzulidə dağıntılara baxıb

Azərbaycan və Türkmənistan prezidentləri Füzulidə dağıntılara baxıb

İlham Əliyev və Sərdar Berdiməhəmmədov Füzuli rayonunda erməni vandalizminin izləri ilə tanış olublar. Dövlət başçıları işğaldan azad edilən ərazilərdəki genişmiqyaslı bərpa işlərini müzakirə ediblər.

en ru

İyunun 23-də Respublikasının Prezidenti İlham Əliyev və Prezidenti Sərdar Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində silahlı qüvvələri tərəfindən törədilmiş dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və nəzərdə tutulan işlər barədə Türkmənistan Prezidentinə məlumat verdi.

Bildirildi ki, vaxtilə sıx məskunlaşmış və inkişaf edən Füzuli şəhəri erməni işğalı zamanı tamamilə talan edilərək viran qoyulub. İşğaldan azad ediləndən sonra qısa müddətdə şəhərin Baş planı hazırlanıb və dövlətimizin başçısı tərəfindən təsdiqlənib. Füzuli böyük nəqliyyat-logistika potensialına malik olmaqla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əsas nəqliyyat arteriyalarının kəsişməsində yerləşir. Ümumi sahəsi 2 min hektara yaxın olan Füzuli şəhərinin Baş planına əsasən, 2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur. Müasir şəhərsalma standartlarına uyğun yenidən qurulan Füzulidə “Ağıllı şəhər” konsepsiyası tətbiq olunacaq.

Ali qonağa Türkmənistan tərəfindən Füzulidə inşa olunan məscid barədə də məlumat verildi.

Qeyd edilib ki, bu məscidin təməlini Prezident İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Təşkilatının Dövlət Başçıları Şurasının ötən ilin oktyabrında Qəbələdə keçirilmiş 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları onlayn formatda qoyublar.

Məscid kompleksinin ümumi ərazisi 1 hektardan çoxdur. Məscidin hər biri 40 metrdən ibarət 2 minarəsi olacaq. Əsas günbəzin hündürlüyü isə 30 metr təşkil edəcək. Məsciddə eyni vaxtda 500 nəfər ibadət edə biləcək.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…