Əsas məzmuna keç

Azərbaycan və Türkiyə süni intellekt sahəsində güclərini birləşdirmək istəyirlər

Azərbaycan və Türkiyə süni intellekt sahəsində güclərini birləşdirmək istəyirlər

bunu jurnalistlərə açıqlamasında Türkiyənin Süni İntellekt Siyasəti Assosiasiyasının (AİPA) sədri Zəfər Küçükşabanoğlu bildirib. O, qeyd edib ki,...

və sahəsində güclərini birləşdirərək ilk 20 ölkə arasında yer almağı hədəfləyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin Süni İntellekt Siyasəti Assosiasiyasının (AİPA) sədri Zəfər Küçükşabanoğlu bildirib.

O, qeyd edib ki, Azərbaycan və Türkiyə süni intellekt sahəsində əməkdaşlığı gücləndirmək məqsədilə tarixi imzalayıb, bu sənəd çərçivəsində biliklərini, şəbəkələrini və imkanlarını birləşdirərək süni intellektin yaratdığı iqtisadi imkanlardan maksimum faydalanmağı planlaşdırır: "2030-cu ilə qədər dünya üzrə 15,7 trilyon dollarlıq iqtisadi həcmin süni intellekt vasitəsilə yaradacağı imkanlardan həm Türkiyənin, həm də Azərbaycanın payını artırmaqdır".

Qonaq əlavə edib ki, süni intellekt yalnız Türkiyəni və Azərbaycani deyil, bütün dünyanı təsir edən bir texnologiyadır.

"İqlim dəyişikliyi, xarici siyasət, idman, iqtisadiyyat, və təhsil sahələrində həyatı dəyişdirir. Bu səbəbdən beynəlxalq əməkdaşlıq çox önəmlidir", – deyə o vurğulayıb.

Z. Küçükşabanoğlu deyib ki, protokol çərçivəsində etik məsələlər və şəxsi məlumatların qorunması da diqqətdə saxlanılacaq: "

"İş birliyimiz yalnız iqtisadi imkanlarla məhdudlaşmır, həm də vətəndaşların hüquqlarını və milli təhlükəsizliyi qorumağa yönəlmiş etik və məxfilik məsələlərini əhatə edir".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…