Operativ Məlumat Mərkəzi

Azərbaycan və Əlcəzair qaz hasilatı və ixracı sahəsində əməkdaşlığı müzakirə edib

1 dəq
Paylaş:
Azərbaycan və Əlcəzair qaz hasilatı və ixracı sahəsində əməkdaşlığı müzakirə edib
bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazov Əlcəzairin energetika və mədən naziri Mohamed Arkab ilə görüşündən sonra özünün tviter hesabında...

Azərbaycan və Əlcəzair qaz hasilatı və ixracı sahəsində əməkdaşlığı müzakirə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan energetika naziri Pərviz Şahbazov Əlcəzairin energetika və mədən naziri Mohamed Arkab ilə görüşündən sonra özünün tviter hesabında yazıb.

Nazir bildirib ki, Əlcəzairin energetika və mədən naziri Mohamed Arkab ilə həmçinin enerji sahəsində çoxtərəfli və ikitərəfli əlaqələr barədə əməkdaşlıq da müzakirə edilib.

P. Şahbazov vurğulayıb ki, energetikanın müxtəlif istiqamətləri üzrə əlaqələri gücləndirmək üçün potensial böyükdür.

Bu xəbəri paylaş

Oxşar xəbərlər