Azərbaycan və Belarus arasında Yol Xəritəsi imzalanıb - YENİLƏNİB

Azərbaycan və Belarus arasında Yol Xəritəsi imzalanıb - YENİLƏNİB
06.06.2024 15:30
Aa
dəq

Bu gün Minskdə Azərbaycan və Belarus arasında əməkdaşlığın 2025-ci ilə qədər inkişafına dair Yol Xəritəsi imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" BELTA-ya istinadən xəbər verir ki, sənədi Azərbaycanın Baş nazirin müavini Əli Əhmədov və Belarusun Baş nazirinin müavini İqor Petrişenko imzalayıblar.

Bununla yanaşı, Azərbaycanla Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının protokolu da imzalanıb.

Hökumətlərarası komissiyanın iclasının yekunlarına dair imzalanmış digər sənədlər arasında Belarus Ticarət və Sənaye Palatası ilə Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) arasında əməkdaşlıq memorandumu, Belarus Peşə Təhsili İnstitutu ilə Azərbaycan Elm və Təhsil Nazirliyinin Peşə Təhsili üzrə Dövlət Agentliyi arasında əməkdaşlıq memorandumu da var.

***

Minskdə keçirilən Azərbaycanla Belarus arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasının yekunlarına dair protokol və yaxın dövr üçün qarşılıqlı fəaliyyətin yenilənmiş "Yol Xəritəsi" imzalanacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" BELTA-ya istinadən xəbər verir ki, bunu Belarus Baş nazirinin müavini İqor Petrişenko Hökumətlərarası Komissiyanın iclası zamanı deyib.

Onun sözlərinə görə, Belarus texnikasına xidmət göstərəcək multibrend servis mərkəzinin inşası da planlaşdırılır: “Biz istehsalat kooperasiyasını əhəmiyyətli dərəcədə genişləndirmək qərarına gəldik: traktorlarla yanaşı, kommunal, yanğınsöndürmə və digər sahələrlə bağlı texnikaları Azərbaycanda yığacağıq. Buraya Belarus liftləri də daxildir”.

Baş nazirinin müavini bildirib ki, Belarus və Azərbaycan dərman və baytarlıq preparatlarının birgə istehsalının yaradılmasını, həmçinin Azərbaycan azotundan və Belarus kaliumundan qarışıq gübrələr istehsal etməyi planlaşdırır.

İ.Petrişenko qeyd edib ki, Belarus Azərbaycanın Qarabağ regionunun bərpasına töhfə verəcək: “Əsas layihələrimizdən biri Ağdam rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı da daxil olmaqla inteqrasiya olunmuş müasir kənd təsərrüfatı şəhərciyinin yaradılması olacaq. Buraya həm də bu kənd təsərrüfatı kompleksinin işçiləri və onların ailə üzvləri üçün yaşayış və sosial obyektlərin yaradılması daxildir. Biz bu hərtərəfli layihənin konsepsiyasını dövlət başçılarına təqdim etməyi planlaşdırırıq”.

O, iqtisadi sahənin iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin ön sıralarında olduğunu və bunun real qarşılıqlı faydalı nəticə verdiyini vurğulayıb: “Əminəm ki, biz birgə səylərlə ən yüksək səviyyədə əldə edilmiş bütün razılaşmaları həyata keçirə, ölkələrimizin və xalqlarımızın rifahı naminə birgə layihələr həyata keçirə biləcəyik”.

Həftənin ən çox oxunanları

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin komissiyasında keçirilən dinləmələrin məqsədi Azərbaycanla münasibətləri gərginləşdirməkdir
DAVAMIN OXU davamın oxu

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər

TDT Milli Təhlükəsizlik Şurası sədrləri mövcud təhdid və çağırışları müzakirə ediblər
DAVAMIN OXU davamın oxu

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliyaya rəsmi səfər edib
DAVAMIN OXU davamın oxu

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar

Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblar
DAVAMIN OXU davamın oxu

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib

Britaniya XİN başçısı Azərbaycanın Qarabağı erməni işğalından azad etməsini dəstəkləyib
DAVAMIN OXU davamın oxu