Operativ Məlumat Mərkəzi

Azərbaycan Şanxayda 7-ci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edəcək

1 dəq
Paylaş:
Azərbaycan Şanxayda 7-ci Çin Beynəlxalq İdxal Sərgisində iştirak edəcək
Azərbaycan noyabrın 5-10-da Şanxay şəhərində keçiriləcək 7-ci Çin Beynəlxalq İdxal Sərgisində ("China International Import Expo" – CIIE 2024) iştirak...

Azərbaycan noyabrın 5-10-da Şanxay şəhərində keçiriləcək 7-ci Çin Beynəlxalq İdxal Sərgisində ("China International Import Expo" – CIIE 2024) iştirak edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə İqtisadiyyat Nazirliyinə məxsus “Tikinti-Təchizat Birliyi” MMC-yə istinadən xəbər verir.

Məlumata görə, artıq bununla bağlı hazırlıqlara başlanııb.

"Shanghai World Expo" Milli Sərgi və Konqres Mərkəzində təşkil olunacaq sərginin təşkilatçıları qismində Çinin Ticarət Nazirliyi, Şanxay Xalq Hökuməti və Çin Beynəlxalq İdxal Sərgi Bürosu çıxış edir. Sərginin tərəfdaşları isə Ümumdünya Ticarət Təşkilatı, Birləşmiş Millətlər Təşkilatının (BMT) Ticarət və İnkişaf Konfransı, eləcə də Sənayenin İnkişafı Təşkilatıdır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər