Əsas məzmuna keç

Bu malların gömrük rəsmiləşdirilməsi sadələşdiriləcək

Bu malların gömrük rəsmiləşdirilməsi sadələşdiriləcək

Dövlət Gömrük Komitəsi idxal prosesində yeni qaydalar tətbiq edir. Sahibkarlar üçün bürokratik əngəllər aradan qaldırılacaq, rüsumlarda nə dəyişəcək?

ru en

Azərbaycana idxal olunan media materiallarının, tez xarab olan malların, canlı heyvanların və bir sıra digər yüklərin gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydaları hazırlanacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu, İlham Əliyevin imzaladığı "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanunun tətbiqi ilə bağlı fərmanda əksini tapıb.

Fərmana əsasən, 6 ay müddətində döyüş təyinatlı hərbi silah-sursatın, müdafiə və milli ehtiyacları üçün satın alınan malların, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, media (audiovizual, çap, onlayn media və informasiya agentlikləri) məqsədləri üçün materialların, eləcə də qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Mərkəzi Bankın ünvanına göndərilən və bu qəbildən digər malların gömrük rəsmiləşdirilməsinin sadələşdirilmiş qaydalarını hazırlayıb dövlət başçısına təqdim etməlidir.

Bundan başqa, pandemiya, yoluxucu xəstəliklər, təbii fəlakətlər, digər fövqəladə hallar və sosial xarakterli fövqəladə vəziyyətlər zamanı zəruri olan malların və vasitələrinin gömrük nəzarəti və rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydaları da hazırlanacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…