Azərbaycan Rusiyaya nota verdi

Azərbaycan Rusiyaya nota verdi
16.09.2024 13:51
Aa
dəq

Azərbaycan Çeçenistanda saxlanılan və zorla Ukrayna ilə müharibə zonasına göndərilməsi iddia edilən azərbaycanlılarla bağlı Rusiya Xarici İşlər Nazirliyinə müraciət edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə APA-nın Moskva müxbirinə diplomatik mənbələrdən məlumat verilib.

Bildirilib ki, miqrasiya probleminə görə Çeçenistanda saxlanılan Azərbaycan vətəndaşları Nihad Rzayev, Elxan Şirinov və Vüqar Məhərrəmovla bağlı Rusiya XİN-ə nota göndərilib.

Xatırladaq ki, adları qeyd olunan Azərbaycan vətəndaşlarının may ayından Çeçenistana işləməyə getdikləri, orada miqrasiya probleminə görə həbs olunduqları bildirilib. Saytımıza müraciət edən Nihadın atası Tovuz rayon sakini Tafdıq Rzayevin sözlərinə görə, yaxınlarını orada hərbçilərin təzyiqi altında imza atdıraraq Ukraynaya müharibə bölgəsinə göndərmək istəyirlər.

Çeçenistanın paytaxtı Qroznı şəhərində yerləşən “Severni Axmat” hərbi hissəsində saxlanılan Elxan Şirinov və Vüqar Məhərrəmov “Qafqazinfo”ya açıqlamasında qeyd etmişdilər ki, onlarla birgə saxlanılan azərbaycanlıların sayı 5 nəfərdir: “Biz ikimiz (Vüqar Məhərrəmov və Elxan Şirinov) hazırda hərbi hissədəyik, digər 3 nəfər isə kalondadılar. Nihat da onlarladır. Həmin azərbaycanlı 2 nəfəri isə bizdən qabaq ora aparıblar. Yəqin ki, onlara da zorla sənəd imzalatmaq istəyəcəklər”.

Həftənin ən çox oxunanları

"Beynəlxalq münasibətlərdə sanksiya siyasətinə yer yoxdur"

DAVAMIN OXU davamın oxu

Prezident rəsmi qəbulda iştirak edib

Prezident rəsmi qəbulda iştirak edib
DAVAMIN OXU davamın oxu

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - YENİLƏNİB

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır  - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Moskvada məhdud tərkibdə iclasda iştirak edib - YENİLƏNİB

İlham Əliyev Moskvada məhdud tərkibdə iclasda iştirak edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezident: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir

Prezident: 9 May – Qələbə Bayramı MDB-yə üzv dövlətlərin gələcək əməkdaşlığının mühüm amilidir
DAVAMIN OXU davamın oxu