Əsas məzmuna keç

Azərbaycan Prezidenti: Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq üçün əzmlə çalışırıq

Azərbaycan Prezidenti: Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq üçün əzmlə çalışırıq

fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu fikri İlham Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına ünvanlandığı müraciətində bildirib.

“Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik.

İqtisadi və siyasi transformasiyadan uğurla keçmiş, hərbi təcavüzlə üzləşmiş, ərazi bütövlüyü və suverenliyini öz gücünə tam bərpa etmiş bir dövlət kimi Azərbaycan az inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin və bütövlükdə Qlobal Cənubun üzləşdiyi problemləri dərindən dərk edir. Biz bu məkanda həmrəyliyin, əməkdaşlığın və davamlı inkişafın təşviqinə daim sadiqik”, - deyə dövlətimizin başçısı qeyd edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…