Prezident Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışını edib - YENİLƏNİB

Prezident Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışını edib - YENİLƏNİB
18.03.2023 19:04
Aa
dəq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə məlumat verdi.

Qeyd edək ki, Prezident İlham Əliyev tərəfindən 2021-ci il oktyabrın 3-də Tərtər rayonunda təməli qoyulan və 4 yaşayış məntəqəsini birləşdirən yeni avtomobil yolunun uzunluğu 22 kilometrdir. Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yeni avtomobil yolunun eni 19 kilometrlik hissədə 9 metr, 3 kilometrlik hissədə isə 6 metr təşkil edir.

Bu yolun inşası layihəsi çərçivəsində İncəçay üzərində uzunluğu 84 metr olan avtomobil körpüsü tikilib. Üçaşırımlı körpünün eni 14,5 metrdir. Körpü 9 bal seysmiklik nəzərə alınmaqla inşa edilib.

Yolda aparılan tikinti işləri inşaat norma və qaydalarının tələblərinə uyğun yüksək keyfiyyətlə həyata keçirilib. Layihə üzrə yolboyu avtobus dayanacaqları inşa edilib, hərəkətin normal təşkili üçün digər zəruri infrastruktur yaradılıb.

Prezident İlham Əliyevə Tərtər rayonunun Talış kəndinin daxili yollarının tikintisi layihəsi barədə də məlumat verildi. Bildirildi ki, kənddaxili yolların ümumi uzunluğu 4,2 kilometrdir.

12:18 ***

Azərbaycan Prezidenti İlham Əliyev Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası yolunun açılışında iştirak edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva martın 18-də Tərtər rayonuna səfər ediblər.

Həftənin ən çox oxunanları

Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb

Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb
DAVAMIN OXU davamın oxu

Azərbaycanda əmək müqavilələrinin elektron formaya keçirilməsinin mərhələləri müəyyən edilib

Azərbaycanda əmək müqavilələrinin elektron formaya keçirilməsinin mərhələləri müəyyən edilib
DAVAMIN OXU davamın oxu

Noyabrda ardıcıl 6 gün iş olmayacaq

Noyabrda ardıcıl 6 gün iş olmayacaq
DAVAMIN OXU davamın oxu

Hacıqabulun yeni icra başçısı kollektivə təqdim olunub

Hacıqabulun yeni icra başçısı kollektivə təqdim olunub
DAVAMIN OXU davamın oxu

Azərbaycanda noyabr ayında iş və istirahət günlərinin yerləri dəyişdirilib

Azərbaycanda noyabr ayında iş və istirahət günlərinin yerləri dəyişdirilib
DAVAMIN OXU davamın oxu