Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan parlamenti: Balıqçılıq haqqında yeni qanun müzakirə edilir

3 dəq
Paylaş:
Azərbaycan parlamenti: Balıqçılıq haqqında yeni qanun müzakirə edilir

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında " haqqında" qanun layihəsi müzakirəyə çıxarılıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, sənəd Azərbaycanda balıqçılığın, o cümlədən balıq və digər su bioresurslarının ovunun və akvakulturanın təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresurslarının artırılmasının, istifadəsinin və mühafizəsinin əsaslarını müəyyən edir.

Balıqçılıq haqqında qanunvericilik həmçinin Konstitusiyadan, ölkənin tərəfdar müqavilələrdən, Su Məcəlləsindən, "Qida təhlükəsizliyi haqqında", "Heyvanlar aləmi haqqında", "Damazlıq heyvandarlıq haqqında", "Baytarlıq haqqında", "Sanitariya-epidemioloji salamatlıq haqqında" qanunlardan və digər normativ hüquqi aktlardan ibarətdir.

Balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi ilə əlaqədar yaranan su, torpaq, əmlak, ətraf mühitin mühafizəsi, balıq məhsulunun minimum keyfiyyətinin və təhlükəsizliyinin idarə olunması və digər münasibətlər bu Qanunun tələbləri nəzərə alınmaqla müvafiq normativ hüquqi aktlarla tənzimlənir.

Xəzər dənizinin (gölünün) Azərbaycana mənsub olan bölməsində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi bu Qanunla, habelə su qanunvericiliyi, ölkənin tərəfdar çıxdığı müqavilələrlə və digər beynəlxalq hüquq normaları ilə tənzimlənir.

Sərhəd su obyektlərində balıqçılığın təşkili, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi su və dövlət sərhədi haqqında normativ hüquqi aktlar, habelə ölkənin tərəfdar çıxdığı beynəlxalq müqavilələr nəzərə alınmaqla bu Qanunla tənzimlənir.

Ələt azad iqtisadi zonasında balıqçılıq sahəsində münasibətlər "Ələt azad iqtisadi zonası haqqında" qanunun tələblərinə uyğun olaraq tənzimlənir.

Qanunun tələblərini pozan şəxslər qanunda nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

Qanun qüvvəyə mindiyi gündən "Balıqçılıq haqqında" 27 mart 1998-ci il tarixli qanun ləğv edilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Milli Məclis

Hamısına bax