Operativ Məlumat Mərkəzi

Azərbaycan millisi ilə oyunu buraxa bilər – Ulduz futbolçu

1 dəq
Paylaş:
Azərbaycan millisi ilə oyunu buraxa bilər – Ulduz futbolçu
buna səbəb müdafiəçinin Çempionlar Liqasının 1/8 finalını “Liverpul”la oyununda (5:2) zədələnməsidir. O, matçın 27-ci dəqiqəsində bud nahiyəsindən zədə...

"Real"da oynayan avstriyalı futbolçu David Alaba AVRO-2024-ün seçmə mərhələsinin Azərbaycan millisi ilə görüşünü buraxa bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" "Nachrichten" nəşrinə istinadən xəbər verir ki, buna səbəb müdafiəçinin Çempionlar Liqasının 1/8 finalını “Liverpul”la oyununda (5:2) zədələnməsidir.

O, matçın 27-ci dəqiqəsində bud nahiyəsindən zədə alaraq əvəzlənib. Avstriya millisinin kapitanının bu səbəbdən Azərbaycan və Estoniya millilərinə qarşı keçiriləcək seçmə mərhələ görüşündə iştirakı sual altına düşüb.

Xatırladaq ki, Avstriya yığması martın 24-də Azərbaycan millisini, üç gün sonra isə Estoniyanı qəbul edəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər