Operativ Məlumat Mərkəzi

Azərbaycan millisi Fransaya məğlub oldu

1 dəq
Paylaş:
Azərbaycan millisi Fransaya məğlub oldu

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinin oyununda səfərdə Fransa ilə qarşılaşıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, Parisdəki "Park de Prens" stadionda baş tutan matç ev sahiblərinin 3:0 hesablı qələbəsi ilə bitib.

Fransızların heyətində Kilian Mbappe (45+1), Adrien Rabyo (69) və Floryen Toven (84) fərqləniblər.

Qeyd edək ki, Fransa millisi 9 xalla D qrupunun lideridir. Ukrayna 4 xalla ikinci pillədə qərarlaşıb. 3 xalı olan İslandiya üçüncü, 1 xala malik Azərbaycan sonuncudur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər