Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib

Azərbaycan Mərkəzi Bankı 2 BOKT-un vəzifəli şəxslərini cərimələyib
05.11.2024 10:22
Aa
dəq

Azərbaycan Mərkəzi Bankı (AMB) 2 bank olmayan kredit təşkilatının (BOKT) vəzifəli şəxslərini cərimə edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, qurumun apardığı tematik yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.1 və 598.1.2-ci maddələrinə müvafiq olaraq “Azinvestkedit” MMC-nin vəzifəli şəxsi Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə 3 min manat, Məcəllənin yalnız 598.1.2-ci maddəsinə müvafiq olaraq isə “Para” ASC-nin vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 2 min manat cərimələnib.

Həftənin ən çox oxunanları