Əsas məzmuna keç

Azərbaycanla Latviya arasında 5 sənəd mübadilə edilib

Azərbaycanla Latviya arasında 5 sənəd mübadilə edilib

Prezident İlham Əliyev və Edqars Rinkeviçs tərəfindən aprelin 22-də imzalanmış rəsmi razılaşmaların təfərrüatları. İki ölkənin yeni əməkdaşlıq planları haqqında ətraflı.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

İlham Əliyevin və Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə aprelin 22-də Azərbaycanla Latviya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Latviya Prezidenti Edqars Rinkeviçs "Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı"nı qəbul etdilər.

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Latviya Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın naziri Vilayət Eyvazov və Latviyanın daxili işlər üzrə dövlət naziri Dimitrijs Trofimovs mübadilə etdilər.

"Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Latviya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi"ni Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze mübadilə etdilər.

"Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Latviya Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın naziri və Latviyanın xarici işlər naziri Baiba Braze mübadilə etdilər.

"Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Latviya Respublikasının Dövlət Bitki Mühafizəsi Xidməti arasında bitki sağlamlığı və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və Latviyanın kənd təsərrüfatı naziri Armands Krauze mübadilə etdilər.

"Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti ilə Latviya Respublikasının Dövlət Sərhəd Mühafizəsi arasında 2026-2027-ci illər üzrə İkitərəfli Əməkdaşlıq Planı"nı Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Latviyanın Dövlət Sərhəd Mühafizəsinin rəisi general Guntis Pujats mübadilə etdilər.

Azərbaycan Prezidenti İlham Əliyevin və Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin iştirakı ilə aprelin 22-də Azərbaycanla Latviya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi olub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…