Operativ Məlumat Mərkəzi

Azərbaycan Kubokunda son 10 mövsümün azarkeş rekordu qırılıb

2 dəq
Paylaş:
Azərbaycan Kubokunda son 10 mövsümün azarkeş rekordu qırılıb
yarımfinal oyunlarını ümumilikdə 12 600 tamaşaçı izləyib. “Neftçi” və “Turan Tovuz”un hər iki matçında eyni sayda – 5000 seyrçi olub. “Səbail”lə...

Azərbaycan Kubokunun yarımfinal mərhələsində son 10 mövsümün azarkeş rekordu qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yarımfinal oyunlarını ümumilikdə 12 600 tamaşaçı izləyib.

“Neftçi” və “Turan Tovuz”un hər iki matçında eyni sayda – 5000 seyrçi olub. “Səbail”lə “Qəbələ”nin duellərində də iki dəfə eyni rəqəm qeydə alınıb – 1300 izləyici.

Daha çox azarkeşə sonuncu dəfə 2012/2013 mövsümündə rast gəlinib. Həmin vaxt bu raundun dörd görüşündə 16 420 tamaşaçı olub. Bunun 10 000 nəfəri bir qarşılaşmaya - “Xəzər Lənkəran” – “Bakı” duelinə şahidlik edib.

2008-ci ildən PFL bayrağı altında keçirilən kubokun yarımfinalları üçün ən yüksək tamaşaçı sayı 2010/2011 mövsümünə məxsusdur. Həmin vaxt 4 qarşılaşmanı 21 400 seyrçi izləyib.

Qeyd edək ki, koronavirus pandemiyası üzündən 2019/2020 mövsümündə yarımfinal baş tutmayıb, 2020/2021 mövsümü tamaşaçısız keçirilib.

Son 15 mövsümün yarımfinalında tamaşaçı sayı:

2008/2009 - 4500

2009/2010 - 15400

2010/2011 - 21400

2011/2012 - 6000

2012/2013 - 16420

2013/2014 - 9000

2014/2015 - 7400

2015/2016 - 12316

2016/2017 - 9600

2017/2018 - 10900

2018/2019 - 5900

2019/2020 - -

2020/2021 - -

2021/2022 - 4700

2022/2023 - 12600

Bu xəbəri paylaş

Oxşar xəbərlər