Könüllülər zəlzələdə zərərçəkən minlərlə vətəndaşa xidmət edib

Könüllülər zəlzələdə zərərçəkən minlərlə vətəndaşa xidmət edib
20.02.2023 09:54
Aa
dəq

Ötən həftə ərzində təbii fəlakətdən ən çox zərər görmüş Kahramanmaraş, Hatay və Adıyaman bölgələrindəki çadır şəhərciklərdə könüllü kimi çalışan 100 nəfər azərbaycanlı gənc minlərlə zərərçəkmiş şəxsə, habelə həssas vəziyyətdəki yüzlərlə uşağa xidmət edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycan Gənclər Fondundan məlumat verilib.

Bildirilib ki, mütəmadi olaraq Azərbaycan könüllüləri zərərçəkmiş bölgələrdəki müxtəlif məntəqələrdə qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını işini icra edib, zərərçəkmiş şəxslərə səyyar şəkildə su və isti içkilər paylayıb, müxtəlif ərazilərdə yerləşən məhəllələrə yardımlar çatdırıb və digər dəstəkverici xidmətləri göstəriblər. Könüllülər həmçinin onlarla kəndə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak ediblər.

Xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan gəncləri zəlzələdən zərərçəkmiş uşaqların reabilitasiyası və asudə vaxtının səmərəli təşkili məqsədilə uşaqlar üçün çadırların quraşdırılmasını təmin edib və təbii fəlakət zamanı uşaqların keçirdiyi sarsıntıları, yaşadıqları travmaları minimuma endirmək üçün yüzlərlə uşağa qayğı və psixoloji dəstək xidməti göstəriblər. Bununla yanaşı, tibb təhsili olan könüllülərimiz yerli əhaliyə ilkin tibbi yardım göstərdikdən sonra peşəkar həkimlərə yönəldib, eləcə də səyyar apteklərdə zərərçəkənlərə xidmət ediblər.

Qeyd edək ki, Azərbaycan könüllü gənclərinin qardaş ölkədəki bu nəcib fəaliyyətini yerli sakinlər çox yüksək qiymətləndirib, o cümlədən mütəmadi olaraq Türkiyənin rəsmi şəxsləri, millət vəkilləri, aparıcı vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri könüllülərimizin düşərgəsinə baş çəkib, onlara minnətdarlığını ifadə ediblər. Məlumat üçün bildirək ki, ötən həftə ərzində Türkiyənin TRT, Sabah, AA, DHA və digər nüfuzlu media qurumları Azərbaycan könüllülərindən bəhs edən reportajlar hazırlayıb, onların qardaş ölkədəki fəaliyyətlərini geniş şəkildə işıqlandırıb.

Həftənin ən çox oxunanları

Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib

Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyət sakinlərin istifadəsinə verilib
DAVAMIN OXU davamın oxu

Mehriban Əliyeva bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib

Mehriban Əliyeva bərpadan sonra Üzeyir Hacıbəylinin ev-muzeyindən paylaşım edib
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib

Prezident İlham Əliyev Ağdam Sənaye Parkında görülən işlərlə tanış olub, yeni zavodların açılışlarında iştirak edib
DAVAMIN OXU davamın oxu

İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev Ağdam şəhərində İmarət Kompleksinin bərpadan sonra açılışında iştirak edib - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib

Prezident İlham Əliyev Şuşada Bayraq Meydanının açılışında iştirak edib
DAVAMIN OXU davamın oxu