Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 4 %-ə yaxın azalıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 4 %-ə yaxın azalıb
14.10.2024 12:38
Aa
dəq

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əsas kapitala 12 milyard 711,1 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 % az investisiya yönəldilib.

"Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Statistika Komitəsinə istinadə xəbər verir ki, son 1 ildə neft-qaz sektoruna investisiyalar 8,4 %, qeyri neft-qaz sektoruna investisiyalar isə 1,6 % azalıb.

9 ay ərzində istifadə olunmuş investisiyanın 6 milyard 302 milyon manatı və yaxud 49,6 %-i məhsul istehsalı sahələrinə, 4 milyard 743,8 milyon manatı və yaxud 37,3 %-i xidmət sahələrinə, 1 milyard 665,3 milyon manatı və yaxud 13,1 %-i isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Hesabat dövründə əsas kapitala yönəldilmiş investisiyaların 10 milyard 578,7 milyon manatını və yaxud 83,2 %-ni daxili investisiyalar təşkil edib, 9 milyard 193 milyon manatı və yaxud 72,3 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Həftənin ən çox oxunanları