Azərbaycan hökuməti builki iqtisadi artımla bağlı proqnozlarını yeniləyib

Azərbaycan hökuməti builki iqtisadi artımla bağlı proqnozlarını yeniləyib
01.08.2023 12:47
Aa
dəq

Maliyyə Nazirliyi bu il Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) artımı ilə bağlı proqnozunu yeniləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə nazirliyin açıqladığı “2023-cü ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər sənədi”ndə bildirilir.

Sənəddə deyilir ki, 2023-cü ilin büdcə layihəsi hazırlanan zaman İqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnozlara əsasən, ÜDM 106 milyard manat, qeyri-neft-qaz ÜDM-i isə 73,3 milyard manat, real artım templəri isə müvafiq olaraq 2,7 %və 4,5 % götürülüb. Lakin, 2023-cü ilin ötən dövrünün makro-iqtisadi nəticələri ilə yanaşı, fiskal icra göstəriciləri və əmtəəbazarlarının konyukturası cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsini şərtləndirib.Yenilənmiş makroiqtisadi proqnozlara əsasən, 2023-cü ildə baza ssenari üzrə ÜDM-in real ifadə 1,8 % artmaqla 111,6 milyard manata (əvvəlki proqnoza nəzərən 5,6 milyard manat çox), o cümlədən qeyri-neft-qaz ÜDM-nin real ifadədə 4,9 % artmaqla 77,7 milyard manata (əvvəlki proqnoza nəzərən 4,4 milyard manat çox) çatacağı proqnozlaşdırılır.

Həftənin ən çox oxunanları

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib

Nazirlər Kabineti Maliyyə Monitorinqi Xidməti ilə bağlı qərar verib
DAVAMIN OXU davamın oxu

"Naxçıvan Bank"ın lisenziyası ləğv edilib

DAVAMIN OXU davamın oxu

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib

Hesablama Palatası iki ali təhsil müəssisəsində nöqsanlar aşkar edib
DAVAMIN OXU davamın oxu

ANAMA sığortaçı seçib

ANAMA sığortaçı seçib
DAVAMIN OXU davamın oxu

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib

Naxçıvanın Dövlət Vergi Xidmətinə yeni rəis təyin edilib
DAVAMIN OXU davamın oxu