Əsas məzmuna keç

Azərbaycan güləşçilərinin Bakıdakı lisenziya turnirində ilk rəqibləri məlum olub

Azərbaycan güləşçilərinin Bakıdakı lisenziya turnirində ilk rəqibləri məlum olub

Aprelin 5-də Milli Gimnastika Arenasında güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinə start veriləcək. Bu gün hər 3 güləş növü üzrə püşkatma mərasimi...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Aprelin 5-də Milli Gimnastika Arenasında üzrə Avropa Olimpiya turnirinə start veriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu gün hər 3 güləş növü üzrə püşkatma mərasimi keçirilib və güləşçilərinin ilk rəqibləri müəyyənləşib.

Aprelin 5-də yunan-Roma güləşi üzrə yarış keçiriləcək. Nihat Məmmədli (60 kiloqram) 1/8 finalda Oleksey Masiklə () qarşılaşacaq. İslam Abbasov (87 kiloqram) eyni mərhələdə Avropa çempionu və dünya ikincisi Turpal Bisultanovla (Danimarka) mübarizə aparacaq. Murad Əhmədiyev (97 kiloqram) 1/4 final yolunda Aleksandar Styepanetiçlə (İsveç) üz-üz gələcək. Beka Kandelaki (130 kiloqram) isə təsnifat mərhələsində Avropa və dünya üçüncüsü Oskar Marviklə (130 kiloqram) güləşəcək.

Aprelin 6-da qadın güləşçilər xalçaya çıxacaq. Mariya Stadnik (50 kiloqram) mübarizəyə 1/4 finaldan qoşulacaq. Titullu güləşçimiz yarımfinal yolunda Ana Mariya Pirvu (Rumıniya) – Qabija Dilite (Litva) cütünün qalibini sınağa çəkəcək. Elnurə Məmmədova (53 kiloqram) ilk mərhələdə Veronika Ryabolova (Ş.Makedoniya) ilə qarşılaşacaq. Jalə Əliyeva (57 kiloqram) da yarışa 1/4 finaldan start verəcək. Həmyerlimiz yarımfinala yüksəlmək üçün Otelye Hoye (Norveç) – Alina Akobya (Ukrayna) görüşünün qalibini üstələməlidir. Birgül Soltanovanın (62 kiloqram) təsnifat mərhələsində rəqibi fransalı Amelin Duarre olacaq. Elis Manolova (68 kiloqram) isə ilk mərhələdə bolqarıstanlı Mimi Xristovayla üz-üzə gələcək.

Son yarış günündə estafet sərbəst güləşçilərə keçəcək. Əliabbas Rzazadə (57 kiloqram) təsnifat mərhələsində italiyalı Simyone Piroddu ilə güləşəcək. Hacı (65 kiloqram) eyni mərhələdə Fransanı təmsil edən Xamzat Arsamerzoyevi sınağa çəkəcək. Turan Bayramov (74 kiloqram) 1/8 finalda isveçrəli Tobias Portmanla qarşılaşacaq. Osman Nurmaqomedov (86 kiloqram) ilk mərhələdə litvalı Domantas Pavluçenkoya qalib gəlməyə çalışacaq. Mübarizəyə 1/4 finaldan qoşulacaq Georgi Meşvildişvili (125 kiloqram) isə Abraham Konyedo (İtaliya) – Paris Karepi (Albaniya) cütünün qalibi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Avropa Olimpiya Təsnifat turnirində hər çəkidə finala çıxan güləşçilər “Paris-2024”ə vəsiqə qazanacaqlar.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…