Əsas məzmuna keç

Azərbaycan əleyhinə hibrid hücumlar necə idarə olunur? - Rəsmi

Azərbaycan əleyhinə hibrid hücumlar necə idarə olunur? - Rəsmi

Milli Məclis dezinformasiya kampaniyalarının pərdəarxası məqamlarını açıqladı. Ölkəmizə qarşı yönələn gizli təzyiq strategiyasının şok detalları ilə tanış olun.

en ru

Milli Məclisin Xarici müdaxilələrə və təhdidlərə qarşı komissiyası, son dövrlərdə rəqəmsal platformalarda və media kanallarında əleyhinə aparılan dezinformasiya kampaniyasının kökündə duran məqamları araşdırıb.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Azərbaycan dövlətinə qarşı aparılan bu qeyri-dost hərəkətlərin təhlili nəticəsində aşağıdakı faktlar müəyyən edilib:

  • Həmin fəaliyyətlər vahid mərkəzdən idarə olunur;
  • Bir ildən çox davam edən hibrid hücumlar çoxsəviyyəli strategiyasının bir hissəsidir;
  • Bu strategiya ictimai rəyi çaşdırmağa, cəmiyyətdə qütbləşmə yaratmağa və dövlət institutlarına inamı sarsıtmağa hesablanıb.

Komissiyadan bildirilib ki, Müzəffər Ali Baş Komandan, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və suverenlik iradəsinin güclənməsi bu hücumların əsas səbəblərindəndir.

Eyni zamanda, ölkəmizin qlobal enerji təhlükəsizliyinə verdiyi töhfə, dəhlizlərinin yaradılması və regional inkişaf məsələlərində müstəqil qərarlar qəbul etməsi, onu məqsədyönlü dezinformasiya hədəfinə çevirib.

Azərbaycan Respublikası hər cür hibrid təhdidə və informasiya məkanının pozulmasına qarşı öz hüquqlarını qorumaqda qətiyyətini dəyişməyəcək.

Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiya, vətəndaşları yalnız Azərbaycanın dövlət qurumları və rəsmiləri tərəfindən verilən məlumatlara istinad etməyə çağırır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…