COP29 vaxtı gün ərzində təxminən 40 min qonağı qəbul etmək üçün infrastrukturumuz var.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Azərbaycan energetika nazirinin müavini, COP29 Azərbaycan üzrə baş icraçı direktor Elnur Soltanov “Anadolu” agentliyinə müsahibəsində deyib.
Elnur Soltanov COP29-da ümumilikdə 80 minə yaxın qonağı qəbul edəcəklərini, müxtəlif günlərdə Azərbaycana müxtəlif sayda qonaqların gəlib-gedəcəyini bildirib.