Əsas məzmuna keç

Azərbaycan beynəlxalq mədəni irs mükafatına layiq görüldü

Azərbaycan beynəlxalq mədəni irs mükafatına layiq görüldü

Ölkəmiz tarixi abidələrin bərpası və müasir texnologiyaların tətbiqinə görə nüfuzlu qlobal təltif qazanıb. Bu mühüm uğurun pərdəarxası məqamları və detalları ilə tanış olun.

ru en

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət "Mədəni irsin qorunması və innovasiyası üzrə liderlik" nominasiyasında müsabiqədə 2026-cı il üzrə qalib elan olunub.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, mükafat Böyük Britaniyanın paytaxtı Londonda fəaliyyət göstərən və qlobal brendlər üzrə ən son yenilikləri, analitik baxışları işıqlandıran nüfuzlu onlayn media platforması "Brands Review Magazine" jurnalı tərəfindən təqdim olunub.

Azərbaycanda mədəni irsin qorunması sahəsində rəqəmsallaşdırma, Dördüncü Sənaye İnqilabının texnologiyalarının tətbiqi, məlumat bazalarının effektiv idarə olunması, həmçinin, işğaldan azad olunmuş ərazilərdə mədəni irsin qorunması, bərpası, istiqamətində həyata keçirilən layihələr ekspertlər tərəfindən yüksək qiymətləndirilib.

Son illərdə təkcə Dövlət Xidməti tərəfindən ölkə üzrə 80-ə yaxın mühüm tarix-memarlıq abidəsində bərpa, konservasiya və möhkəmləndirmə işləri aparılıb.

Azərbaycanın bir sıra mədəni irs nümunələri UNESCO-nun İlkin Siyahısına daxil edilib.

İşğaldan azad olunmuş və Şərqi Zəngəzurda yerləşən 749 abidə isə dövlət mühafizəsinə götürülüb geniş inventarlaşdırma və pasportlaşdırma işləri aparılıb, onların rəqəmsal platformalara inteqrasiyası istiqamətində işlər davam etdirilir.

Həyata keçirilən sistemli və innovativ tədbirlər ölkənin bu sahədə qlobal nüfuzunu gücləndirməklə yanaşı, mədəni irsin qorunmasının dövlət siyasətində prioritet istiqamətlərdən biri olduğunu beynəlxalq miqyasda təsdiqləyir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…