Azərbaycan “Azerspace-1” peyki üzrə kredit öhdəliklərini tam ödəyib

Azərbaycan “Azerspace-1” peyki üzrə kredit öhdəliklərini tam ödəyib
22.01.2024 15:06
Aa
dəq

Ötən il Azərbaycan ilk peyki olan “Azerspace-1” üzrə kredit öhdəliklərini tam ödəyərəkən yekunlaşdırıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilir ki, peykin istehsalı üzrə 116,6 milyonABŞ dolları və orbitə qaldırılma xidmətləri üzrə 89,6 milyon ABŞ dolları (ümumilikdə 206,2 milyon ABŞ dolları) məbləğində kredit öhdəlikləri ödənilib.

Azərbaycan telekommunikasiya və optik peyk xidmətlərinin təqdim edilməsindən bu günə kimi 550 milyon manatdan çox vəsait əldə edibKosmik Agentlik ("Azərkosmos") telekommunikasiya peykləri və kosmik həlləri vasitəsilə Avropa, Afrika, Yaxın Şərq, Mərkəzi Asiya regionlarının 50-dək ölkəsindən 200-dən artıq müştəriyə xidmət göstərir.

“Azerspace-1” peyki orbitə 2013-cü il 8 fevral tarixində, Fransız Qvianasında (Cənubi Amerika) yerləşən Kuru kosmodromundan Fransanın Arianespace şirkəti tərəfindən Ariane-5 daşıyıcı raketi ilə buraxılıb. Peyk teleradio yayımı və telekommunikasiya xidmətlərinin göstərilməsi, eləcə də korporativ və hökumət müştərilərinin tələblərinə cavab verən keyfiyyətli və dayanıqlı rabitə platformaların təmin edilməsi üçün nəzərdə tutulub. Peyk üzərindən 100-ə yaxın televiziya və radio kanalı yayımlanır. "Azerspace-1"-in istismar müddəti isə azı 15 ildir.

 

Həftənin ən çox oxunanları

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib

Rəqəmsal inkişaf və nəqliyyat nazirinə iki yeni müavin təyin edilib
DAVAMIN OXU davamın oxu

Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib

Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək

Azərbaycan Qırğızıstanın dövlət xidmətləri mərkəzlərini təkmilləşdirəcək
DAVAMIN OXU davamın oxu

Azərbaycan və Gürcüstan nəqliyyat və İKT sahəsində əməkdaşlığı müzakirə edib

Azərbaycan və Gürcüstan nəqliyyat və İKT sahəsində əməkdaşlığı müzakirə edib
DAVAMIN OXU davamın oxu

“Apple” ən böyük smartfon istehsalçıları siyahısında ikinci yerə düşüb

“Apple” ən böyük smartfon istehsalçıları siyahısında ikinci yerə düşüb
DAVAMIN OXU davamın oxu