Əsas məzmuna keç

Azərbaycan Almaniyada beynəlxalq incəsənət sərgisində təmsil olunur

Azərbaycan Almaniyada beynəlxalq incəsənət sərgisində təmsil olunur

Mədəni irsimiz Avropada nümayiş olunur. Yerli rəssamların əsərləri və sənətsevərlərin marağına səbəb olan qalereya tədbirinin təfərrüatları üçün mətni oxuyun.

ru en

Almaniyanın Köln şəhərində aprelin 24-26-da keçirilən Discovery Art Fair sərgisində uğurla təmsil olunur.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 15 mindən çox ziyarətçinin qatıldığı, 16 ölkədən 117 qalereya və yaradıcı şəxsin iştirak etdiyi sərgidə Azərbaycan stendi xüsusi diqqət cəlb edir. Milli stenddə azərbaycanlı rəssamlar Əsmər Nərimambəyova, Sabir Çopuroğlu, Anar Hüseynzadə, Orxan Qarayev, Fərid İsmayılov, Cəmalə Rəhmanlı, Taleh Mirkazım, eləcə də heykəltəraşlar Kənan Əliyev, Əhəd Məmmədov, Kamran Əsədov, Namiq Hüseynov və Ülviyyə Məmmədlinin ümumilikdə 50-yə yaxın əsəri olunur.

"Sərgiyə gələn ziyarətçilərin marağı və müsbət rəyləri bir daha göstərir ki, Azərbaycan müasir incəsənəti arenada getdikcə daha çox diqqət çəkir və təqdim olunan əsərlər yüksək qiymətləndirilir.

Almaniyanın nüfuzlu "Discovery Art Fair" sərgisində iştirak ölkəmizin müasir incəsənətinin səviyyədə tanıdılması, rəssam və heykəltəraşlarımızın əsərlərinin dünyada təbliği, yaradıcı sənayenin inkişafı və diplomatiyanın gücləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir", - məlumatda qeyd olunub.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…