Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

DYP-dən piyadalara mühüm xəbərdarlıq

1 dəq
Paylaş:
DYP-dən piyadalara mühüm xəbərdarlıq

Baş Dövlət İdarəsi piyadalara müraciət edərək, ictimai nəqliyyatı yalnız minik meydançalarında, dayanacaqlarında, bunlar olmadıqda isə səkidə və ya yol çiyinlərində gözləmələri barədə edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə idarədən məlumat verilib.

Yolun hərəkət hissəsinə çıxmaq, vasitələrinin hərəkət etdiyi zolaqlarda dayanmaq sizin həyat və sağlamlığınız üçün ciddi təhlükə, sürücülər üçün isə gözlənilməz maneə deməkdir.

Unutmayın ki, bir anlıq diqqətsizlik ağır və arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Hər bir piyadanın qaydalara riayət etməsi ümumi təhlükəsizliyinin vacib şərtidir.

Dəyərli piyadalar!

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sizləri şəxsi təhlükəsizliyinizi qorumağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax