Əsas məzmuna keç

DİN 54 mindən çox şəxsi sərxoşluq yoxlamasına göndərib

DİN 54 mindən çox şəxsi sərxoşluq yoxlamasına göndərib

Daxili İşlər Nazirliyi ictimai asayişi pozanlara qarşı mübarizəni gücləndirib. Tibbi müayinəyə cəlb edilən vətəndaşların sayı niyə kəskin artıb? Detallar:

en ru

Daxili İşlər Nazirliyi bu ilin yanvar-iyul ayları ərzində bütün növ hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 54 434 nəfəri istiqamətləndirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu məlumat yayıb.

Qeyd olunub ki, həmin şəxslərdən narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilən 3 778 nəfərdən 1 851 nəfərinin istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 258, QİÇS-lə Mübarizə Mərkəzində 288, Sumqayıt Narkoloji Mərkəzində 121 nəfər) 667 xəstə müalicə alır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…