Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Azərbaycan BƏT konvensiyalarına qoşulmaq üçün təkliflər hazırlayır

2 dəq
Paylaş:
Azərbaycan BƏT konvensiyalarına qoşulmaq üçün təkliflər hazırlayır

Azərbaycanın Əmək Təşkilatının (BƏT) bir sıra konvensiyalarına qoşulması üçün hazırlanacaq.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında qeyd olunub.

Sənəddə bildirilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2027-2030-cu illər ərzində Əmək Təşkilatının 184, 190 və 191 nömrəli konvensiyalarına qoşulmaqla bağlı təkliflər hazırlayacaq.

Qeyd edək ki, BƏT-in 184 nömrəli Konvensiyası (2001) kənd təsərrüfatında əməyin təhlükəsizliyi və sağlamlığı haqqındadır. Bu Konvensiya kənd təsərrüfatı sahəsində çalışan işçilərin təhlükəsizliyi və sağlamlığının qorunmasına dair minimum beynəlxalq standartları müəyyən edir.

Təşkilatın 190 nömrəli Konvensiyası (2019) əmək aləmində zorakılıq və qısnama haqqında sənəddir. Konvensiya əmək münasibətləri sahəsində zorakılıq və qısnamanın, o cümlədən gender əsaslı zorakılığın qarşısının alınmasına həsr olunmuş ilk beynəlxalq müqavilədir.

BƏT-in 191 nömrəli Konvensiyası isə (2023) təhlükəsiz və sağlam iş mühiti haqqındadır. Sənəd təhlükəsiz və sağlam iş mühitinin BƏT-in əsas əmək hüquqları çərçivəsinə daxil edilməsi ilə əlaqədar bir sıra əvvəlki konvensiyalara texniki edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax