Əsas məzmuna keç

İşsizlərin məşğulluğu üçün süni intellekt əsaslı xidmətlər yaradılır

İşsizlərin məşğulluğu üçün süni intellekt əsaslı xidmətlər yaradılır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vakansiya axtarışını asanlaşdıracaq yeni rəqəmsal alqoritmləri tətbiq edir. Görəsən, AI işsizlik problemini necə həll edəcək?

en ru

İşaxtaran və işsiz şəxslərin məşğulluğunun təmin edilməsi prosesində süni intellektə xidmətlərin yaradılması planlaşdırlır.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İlham Əliyevin təsdiqlədiyi "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı"nda qeyd olunub.

Məqsəd süni intellektə əsaslanan xidmətlərdən yararlanan şəxslərin sayının artırılmasıdır.

Bildirilib ki, müvafiq sahə ilə bağlı təkliflər hazırlanmalıdır.

Bundan başqa, plana əsasən sözügedən müddətdə "Peşələr üzrə elektron atlas" informasiya sisteminın yaradılması nəzərdə tutulur. Məqsəd işsiz və işaxtaran şəxslərin əmək bazarında mövcud olan peşələrlə bağlı bilik və bacarıqlarının artırılması və uyğun karyera imkanlarının genişlənməsidir.

Proqramın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…