Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri İrakli Kobaxidze ilə görüşüb. Müdafiə Nazirliyindən verilən məlumata görə, görüşdə Gürcüstanın Baş nazirinin müavini, müdafiə naziri İrakli Çikovani də iştirak edib.
Tərəflər arasında keçirilən müzakirələrdə aşağıdakı məqamlara toxunulub:
- İki ölkə arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti;
- Regional və beynəlxalq gündəlikdə dayanan aktual məsələlər;
- Regionda sülhün və sabitliyin təmin olunmasının vacibliyi.
Görüş zamanı Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsindəki strateji tərəfdaşlığın yüksək səviyyədə olduğu xüsusi vurğulanıb.