Əsas məzmuna keç

Azərbaycan ötən il Ermənistana 788,8 min dollarlıq məhsul ixrac edib

Azərbaycan ötən il Ermənistana 788,8 min dollarlıq məhsul ixrac edib

Ötən il Azərbaycan Ermənistana 788,8 min ABŞ dolları dəyərində məhsul ixrac edib."Operativ Məlumat Mərkəzi-OMM"-in Dövlət Gömrük Komitəsinə istinadən...

ru en

Ötən il Ermənistana 788,8 min ABŞ dolları dəyərində ixrac edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, 2025-ci ildə Ermənistandan Azərbaycana ixrac qeydə alınmayıb.

Məlumata əsasən, 2024-cü il dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı yanacağı göndərilib. Daha sonra 2025-ci il yanvarın 9-da Azərbaycandan 1 742 ton Aİ-95 markalı benzin və 956 ton dizel, yanvarın 11-də isə 979 ton Aİ-92 markalı avtomobil yanacağı idxal edib.

Bildirilib ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49 milyard 423 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu göstərici 2024-cü illə müqayisədə 3,8 % artım deməkdir.

Xarici ticarət dövriyyəsində 25 milyard 43 milyon dollar ixracın, 24 milyard 380 milyon dollar isə idxalın payına düşüb. Son bir ildə ixrac 5,7 % azalıb, idxal isə 15,8 % artıb.

Nəticədə xarici ticarətdə 663 milyon ABŞ dolları həcmində müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 8,3 dəfə azalma deməkdir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…