Əsas məzmuna keç

Azərbaycan Ermənistana yanacaq ixrac edib

Azərbaycan Ermənistana yanacaq ixrac edib

DGK hesabatı: Rəsmi Bakı İrəvana 2,4 milyon dollarlıq Aİ-95, Aİ-92 benzin və dizel satıb. Ticarət dövriyyəsindəki sensasion statistikaya dair şok detallar bizdə.

en ru

Bu ilin yanvar ayında Ermənistana ümumi dəyəri 2 milyon 403,6 min ABŞ dolları olan məhsul edib. Bu göstərici Azərbaycanın ümumi ixracının 0,1 %-ni təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ay Ermənistandan Azərbaycana heç bir ixrac əməliyyatı həyata keçirilməyib.

İxrac edilən məhsulların detallarına gəldikdə, proses mərhələli şəkildə baş verib:

Ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı yanacağı göndərilib. Daha sonra, bu il yanvarın 9-da qarşı tərəf 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel, yanvarın 11-də isə 979 ton "Aİ-92" markalı avtomobil yanacağı idxal edib.

Ümumi statistikasına nəzər saldıqda, bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 3 milyard 538 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 30,5 % azdır.

Xarici ticarət dövriyyəsinin bölgüsü aşağıdakı kimidir:

  • İxrac: 2 milyard 236 milyon ABŞ dolları (son 1 ildə 26,4 % azalma);
  • İdxal: 1 milyard 302 milyon ABŞ dolları (son 1 ildə 36,5 % azalma).

Son nəticədə xarici ticarətdə 934 milyon müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 5,3 % azalma deməkdir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…