Əsas məzmuna keç

Təyyarə qəzasına görə ödəniləcək sığorta məbləği açıqlanıb

Təyyarə qəzasına görə ödəniləcək sığorta məbləği açıqlanıb

bu barədə şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktor müavini İlya Kabaçnik məlumat verib. O bildirib ki, AZAL-ın Bakı-Qroznı reysi ilə bağlı...

Rusiyanın "Alfa Sığorta" şirkəti AZAL-ın təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində sərnişinlərlə bağlı hər nəfər üzrə 2 milyon , yəni təqribən 38 ödəniş edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktor müavini İlya Kabaçnik məlumat verib.

O bildirib ki, AZAL-ın Bakı-Qroznı reysi ilə bağlı sərnişindaşıma prosesi və Rusiyanın iştirakçısı olduğu 1999-cu il Monreal Konvensiyası ilə tənzimlənir. "Alfa Sığorta" ilə arasında bağlanan müqavilə Rusiyaya həyata keçirilən reyslərdə riskləri əhatə etdiyi üçün, ödənişlər həm də Rusiyanın 67-FZ saylı məcburi daşıyıcı məsuliyyəti haqqında qanununa əsasən nəzərdə tutulur.

"Bu qanuna görə, həyat və sağlamlığa dəyən zərərə görə ödəniş 2 milyon rubl müəyyən edilib və lazımi sənədlər təqdim edildikdən sonra ödənişlər tez bir zamanda həyata keçirilə bilər" - İlya Kabaçnik əlavə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…