Əsas məzmuna keç

AZAL Bakı-Pekin-Bakı reyslərinin sayını artıracaq

AZAL Bakı-Pekin-Bakı reyslərinin sayını artıracaq

“Azərbaycan Hava Yolları” (AZAL) QSC Bakı-Pekin-Bakı reyslərinin sayını artırmağı planlaşdırır. "Operativ Məlumat Mərkəzi-OMM" bu barədə AZAL-a istinadən...

“ Hava Yolları” () QSC Bakı-Pekin-Bakı reyslərinin sayını artırmağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə AZAL-a istinadən xəbər verir.

Məlumata görə, aviaşirkətin prezidenti Samir Rzayev ilə Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Din Tao arasında görüş keçirilib. Görüşdə iki ölkə arasında aviadaşımaların inkişafı müzakirə edilib, həmçinin iki ölkə arasında sərnişin axınının artmasının müsbət dinamikası vurğulanıb.

Tədbirdə qeyd olunub ki, hazırda AZAL Bakı-Pekin-Bakı marşrutu üzrə həftədə iki dəfə uçuşlar həyata keçirir. Bununla yanaşı, 2025-ci ildən etibarən bu marşrut üzrə uçuşların tezliyinin həftədə üç dəfəyə çatdırılması planlaşdırılır ki, bu da sözügedən istiqamətdə artan tələbatın ödənməsinə zəmin yaradacaq.

Bundan əlavə, tərəflər AZAL-ın uçuş coğrafiyasının daha da genişləndirilməsi perspektivlərini, Quançjou və kimi böyük şəhərlərə aviareyslərin açılması imkanlarını müzakirə ediblər. Bu, həm ölkələr arasında əməkdaşlığı gücləndirəcək, həm də sərnişinlər üçün əlavə imkanlar açacaq.

Bakının Çin və Avropa arasında mühüm mərkəzi kimi roluna xüsusi diqqət yetirilib. Aviadaşımaların inkişafı həm turist axınının artmasına, həm də Azərbaycanın beynəlxalq sərnişin və yük daşımalarında tranzit rolunun gücləndirilməsinə töhfə verəcək.

Bakı aeroportu

Bu gün: Bu gün gecikən və ya ləğv olunan reys yoxdur (saat 14:19 məlumatı)

Bakıdan növbəti uçuşlar

  1. 14:35 · QR 354 QR 354 · Minik
  2. 14:40 · 3L 731 3L 731 · Minik
  3. 15:05 · UT 746 UT 746
  4. 15:25 · FS 7622 FS 7622 · Qeydiyyat
Gediş tablosu ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…